backend

Qənirə Paşayevaya qarşı TƏXRİBAT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədə sosial şəbəkələrin birində millət vəkili Qənirə Paşayevaya qarşı təxribat törədilib. 

Türkiyədə sosial şəbəkələrin birində millət vəkili Qənirə Paşayevaya qarşı təxribat törədilib.

TİA.AZ  xəbər verir ki, bu barədə millət vəkili özü məlumat yayıb. O, həmin səhifədə yazılanların yalnış olduğunu söyləyib və saxtakarları qınayıb. 

Millət vəkilinin sözügedən açıqlamasını təqdim edirik: “Əziz dostlar “DW Azerbaycan”(dw_azeri) adlı tvitter səhifəsi mənim adımdan saxta açıqlama yayaraq, “Qənirə Paşayeva Türk xalqı, millətinin gələcəyi üçün xeyr deməlidir” yazıb. Çox təəssüf ki, bu saxtakarlar yalnız deyil. Bəzi fərqli adamlar da mənim adımdan Türkiyədə keçiriləcək referendumla bağlı bu cür saxta məlumatlar yayırlar. Qardaş Türkiyədən bəzi dostlar da zəng etmişdi. Onlara da dedim. Mənim adımdan bu cür saxtakarlıq edənlərin hamısını qınayıram. Mənim belə bir açıqlamam olmayıb və bütün dostları bu saxtakarlığa etiraz etməyə çağırıram. Mən qardaş Türkiyə dövlətinin daxili siyasəti ilə bağlı heç vaxt açıqlama verməmişəm və bundan sonra da vermərəm. Mən Azərbaycan-Türkiyə qardaşlığının və Türk dünyasının daha da güclənməsi üçün hər zaman çalışmışam və bundan sonra da çalışacağam. Amma hər bir Türk dövlətinin daxili siyasəti ilə bağlı qərarı, o ölkənin vətəndaşaları verir və biz də hər zaman buna hörmətlə yanaşmalıyıq”.