Qənirə Paşayevadan AŞPA-da İordaniyaya dəstək nitqi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Millət vəkili Q.Paşayeva AŞPA-da İordaniya ilə bağlı müzakirələrdə azərbaycanlı köçkünlərdən də danışıb və çoxlu sayda köçkünü olan ölkələrə dəstəyi artırmağa çağırıb.
 Millət vəkili Q.Paşayeva AŞPA-da İordaniya ilə bağlı müzakirələrdə azərbaycanlı köçkünlərdən də danışıb və çoxlu sayda köçkünü olan ölkələrə dəstəyi artırmağa çağırıb.

TİA.AZ  xəbər verir ki, millət vəkili Q.Paşayeva bu gün AŞPA-da “Evaluation of the partnership for democracy in respect of the Parliament of Jordan”adlı qətnamə layihəsinin müzakirəsi zamanı “Azad Demokratlar Qrupu” adında çıxış edib və Assambleyanı dəstəyə çağırıb:”Mən bir müddət əvvəl İordaniyadaydım. İordaniyalı rəsmilər, qeyri-hökumət təşkilatları və KİV-i ilə görüşmək və söhbət etmək imkanım oldu.

Bu müddətdə həm İordaniyanın demokratiya və inkişaf yolunda qət etdiyi yolu, həm də bu yolda qarşılaşdığı məsələləri yaxından gördüm. Mən İordaniyalı dostlarımızı demokratiya və inkişaf yolunda əldə etdikləri uğurlardan dolayı təbrik edir, bu yolda daha çox uğurlar əldə etmələrini arzulayıram. İordaniyanın həm AŞPA ilə yaxın əməkdaşlığı çərçivəsində, həm də qısa zamanda demokratiya və insan haqları məsələsində qət etdiyi yol hər cür dəstəyə layiqdir. İordaniyadakı bu müddətlər çox önəmlidir və bütün bölgəyə müsbət şəkildə təsir göstərə biləcək hadisələrdir. Bu səbəbdən burdan İordaniyaya dəstəyimizin qərarlı şəkildə davamlı mesajının verilməsi son dərəcə önəmlidir.

Son illərdə İordaniyanın da daxil olduğu Orta Şərq coğrafiyasında II Dünya Müharibəsindən bu yana insanlıq tarixinin ən böyük dramı yaşanmaqdadır. Suriyada davam edən daxili müharibə, bölgə insanlarının yaşadığı faciə və müharibə ilə birlikdə meydana gələn “köç dalğası” təbii ki müharibənin yaşandığı bölgəyə ən yaxın ölkə olan İordaniyaya da öz dərin təsirini göstərmişdi. Bu gün sayı on minlərlə olan “Suriyalı qaçqın” İordaniyada yaşayır. Türkiyədən sonra ən çox suriyalı qaçqını qəbul etmiş ölkə İordaniyadır. Bu səbəbdən həm Türkiyə, həm də İordaniya hökumətlərinə və iki ölkənın xalqlarına qaçqınlara göstərdikləri yardımdan dolayı təşəkkür etməliyik. Mən burdan bu iki ölkənin bütün rəsmilərinə və hər iki ölkənin xalqlarına təşəkkür edirəm.

Torpaqlarının 20 fazinin işğal olunması səbəbindən 1 milyon insanı qaçqın və məcburi köçkün düşmüş bir ölkənin təmsilçisi olaraq qaçqın axınınına məruz qalan ölkələrin yaşadığı problemləri də çox yaxşı bilirəm. Sayı yüz minlərlə, milyonlarla olan qaçqınların həyatı əsas məsələ olduqda, qaçqın axınına məruz qalan dövlətin və hökumətin bütün proqramlarının həyata keçirilməsinə öz təsirini göstərir, prioritetləri dəyişir, qaçqınlar və onların problemləri gündəmdəki ilk sıranı tutur. İordaniyada olduğum müddət ərzində Suriyadan gələn qaçqınlarla da görüşdüm. Vətənini, evini, yurdunu tərk etmək bir insan üçün dözülməz bir acıdır. Bu insanların dərdlərinə çarə, acılarına əlac olmaq isə böyük fədakarlıqlar tələb edir.

Bu səbəbdən Avropa ölkələri və qeyri-hökumət təşkilatlarının İordaniyaya dəstəklərini artırmaları lazımdır. İordaniya dini və etnik tərkibi etibarilə bu gün Avropa, dünya və insanlıq üçün çox önəmli olan “mədəniyyətlərarası dialoqda” fəal rol oynayan ölkələrdən biridir. Bu üzdən İordaniya Məclisinin üzvlərinin indi bizimlə birlikdə olmaları həm Avropa, həm də AŞPA üçün son dərəcə önəmlidir. Müstəqil Demokratlar Qrupu olaraq biz AŞPA ilə İordaniya arasında əməkdaşlığın qurulması və inkişafı üçün hər cür dəstəyi verəcəyimizi, İordaniyalı məsləkdaşlarımız və bütün İordaniya xalqı ilə əməkdaşlıq etdiyimizi bəyan edir, İordaniya hakimiyyətinin AŞPA ilə əməkdaşlığı çərçivəsində həyata keçirəcəyi layihələrin, islahatların uğurlu olmasını diləyirik”.