Qənirə Paşayeva yanan məktəbə görə təhsil nazirinə müraciət etdi- FOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Millət vəkili Qənirə Paşayeva Tovuzun Ermənistanla ön cəbhədə yerləşən Ağdam kəndində bir neçə gün əvvəl dam örtüyü yanaraq sıradan çıxan kənd orta məktəbini ziyarət edib, müəllimlərlə görüşüb. 

Millət vəkili Qənirə Paşayeva Tovuzun Ermənistanla ön cəbhədə yerləşən Ağdam kəndində bir neçə gün əvvəl dam örtüyü yanaraq sıradan çıxan kənd orta məktəbini ziyarət edib, müəllimlərlə görüşüb.

Məktəbin direktoru ilə birlikdə məktəbi gəzən millət vəkili Q.Paşayevadan məktəb kollektivi millət vəkili kimi məktəbin dam örtüyünün qısa zamanda təmir edilməsi istiqamətində müvafiq qurumlara müraciət etməsini xahiş edib. 

Məktəb kollektivi əks halda qısa zaman ərzində yağan yağışların məktəbin içərisini də tamamilə yararsız vəziyyətə sala biləcəyini deyiblər. Millət vəkili Q.Paşayeva bildirib ki, artıq bununla bağlı Təhsil Nazirliyi və rayon icra hakimiyyəti başçısı ilə danışıb və qısa zamanda məktəbin dam örtüyünün təmir edilməsi ilə bağlı məktəb kollektivinin və millət vəkili kimi özünün xahişini çatdırıb. Görüşdən sonra təkrar Təhsil Nazirliyinin rəsmiləri ilə vəziyyətlə bağlı bir daha danışacağını deyən millət vəkili problemin yaxın günlərdə öz həllini tapacağına inandığını deyib. Millət vəkili Q. Paşayeva eyni zamanda kəndin müəllimləri ilə geniş söhbət edib, qayğı və problemlərlə maraqlanıb. Ön cəbhə kəndlərinin qəhrəman kəndlər olduğunu söyləyən millət vəkili Qənirə Paşayeva kənd sakinlərinin müharibənin ən gərgin dövründə də, bu gün də düşmənin bütün təxribatlarına baxmayaraq heç bir zaman öz evlərini tərk etməməsini, bununla da düşmənə ən layiqli cavab verməsinin hər kəs tərəfindən yüksək qiymətləndirildiyini bildirərək ön cəbhədə gənclərimizin təhsill, savadlı və eyni zamanda vətənpərvər yetişməsində fədakar müəllimlərimizin rolunu xüsusi vurğulayıb. Müəllimlərlə görüşdə millət vəkili Qənirə Paşayeva başa çatmış dərs ilinin nəticələri ilə maraqlanıb və gələn tədris ili bağlı müəllimlərin fikir və qayğılarını da dinləyib. Gənclərin mütləq bir peşə sahibi olmasının önəmini vurğulayan millət vəkili Qənirə Paşayeva gənclərin yetişməsində əməyi olan müəllimləri xüsusi təbrik edərək məktəbdə təhsi alan və yaxşı oxuyan şagirdlərlə də görüşüb, onların dərsləri, planları ilə də maraqlanıb və fikir mübadiləsi aparılıb. Millət vəkili onların hər birinə kitablar hədiyyə edib və oxumağa, mütaliə etməyə çağırıb.