Qənirə Paşayeva Tovuzdakı vəziyyəti Abid Şərifovla müzakirə edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qənirə Paşayeva Tovuzda baş verən güclü dolu nəticəsində dəymiş ziyanın aradan qaldırılması ilə bağlı baş nazirin müavini Abid Şərifovla müzakirə aparıb. 
Qənirə Paşayeva Tovuzda baş verən güclü dolu nəticəsində dəymiş ziyanın aradan qaldırılması ilə bağlı baş nazirin müavini Abid Şərifovla müzakirə aparıb.

Bu barədə AFN-ə millət vəkili özü məlumat verib. Onun sözlərinə görə, Tovuzun Cəlilli, Mülkülü,Əlimərdanlı,Xatınlı,Qaraxanlı,Qədirli və Cilovdarlı kəndlərinin sakinləri tərəfindən edilən müraciəti nəzərə alaraq dolu səbəbindən dəyən zərər barədə müzakirələr aparıblar: “Sakinlərin vəziyyətini və hökumətimizdən dəstək gözləmələrini, özəlliklə tamamilə sıradan çıxan dam örtüyü üçün şifer yardımı edilməsi başda olmaqla dəyən ziyanın aradan qaldırılması istiqamətində yardım göstərilməsi xahişinizi Abid müəllimin diqqətinə çatdırdım. Özəlliklə maddi imkanları aşağı ailələrə dəyən zərərin aradan qaldırılması istiqamətində ilk növbədə dəstək göstərilməsini millət vəkili olaraq xahiş etdim. Abid müəllimə təşəkkür edirəm ki, diqqətlə dinlədi, Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Tofiq Zeynalovla da telefonla danışdı və vəziyyətin dəyərləndiriləcəyini və insanlara dəstək göstərilməsi istiqamətində imkanların nəzərdən keçiriləcəyini, imkanlar çərçivəsində dəstək göstəriləcəyini bildirdi. Eyni zamanda, sakinlərin vəziyyətilə bağlı məsələni Fövqəladə Hallar Nazirliyinin də geniş şəkildə diqqətinə çatdırdım və dəstək göstərilməsini xahiş etdim. Çətin vəziyyətdə qalan ailələrin vəziyyəti bizi də narahat edir. Demək olar ki, bir saat ərzində ən azı 10-15 kənd sakininin telefon zənglərini, üzləşdiyi çətinliklərlə bağlı fikirlərini dinləyirik və vəziyyəti ətraflı bildiyimiz üçün bütün günü müvafiq dövlət qurumlarına gedərək, zəng edərək vəziyyəti çatdırıb, dəstək göstərilməsini xahiş edirik. Ümid edirik ki, dövlət qurumlarımız, özəlliklə çətin vəziyyətdə qalan ailələrimiz başda olmaqla müəyyən yardım və dəstək göstərəcəklər. İnşallah sabah axşama doğru rayonda da sakinlərlə görüşəcəyik. Allah bütün insanlarımıza yardımçı olsun!”