backend

Qənirə Paşayeva prezidentə Zəhra haqqında məlumat verdi- FOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Millət vəkili Qənirə Paşayeva İspaniyada Crans Montana Forumunun 28-ci illik sessiyası çərçivəsində Malta prezidenti xanım Marie-Louise Coleiro-Precaya, Aralıq Dənizi Birliyinin Baş katibi Fathallah Sijilmassi, Solomon Adalarının naziri Samuel Manetoaliye, Burkino Fasonun Gənclər və İdman naziri Tairou Bangreye, Afrika ölkələrinin tanınmış QHT rəhbərləri və tanınmış təşkilat nümayəndələri ilə görüşüb. 

TİA.AZ  xəbər verir ki, görüşdə işğalçı Ermənistanın qətlə yetirdiyi 2 yaşlı balaca Zəhradan və Ermənistanın cinayətlərindən danışıb. Millət vəkili Qənirə Paşayeva bütün dünya ictimaiyyəti etnik və dini kimliyindən asılı olmayaraq bu cinayətlərə etiraz səslərini yüksəltməlidir deyib və beynəlxalq ictimaiyyəti Ermənistanın vandalizm aktlarına səssiz qalmamağa çağırıb. Millət vəkili onlara Ermənistanın işğalçılığı üzündən evinə dönə bilməyən 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkün barədə və Ermənistanın yerinə yetirməkdən imtina etdiyi beynəlxalq təşkilat qətnamələri barədə də geniş məlumatlar verib.