Qənirə Paşayeva cəbhə kəndində sakinlərlə görüşüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Millət vəkili Qənirə Paşayeva Ramazan bayramı münasibəti ilə Ermənistanla ön cəbhədə yerləşən Əlibəyli kəndində müəllimlər və sakinlərlə görüşüb, onların bayramlarını təbrik edib. 


Millət vəkili Qənirə Paşayeva Ramazan bayramı münasibəti ilə Ermənistanla ön cəbhədə yerləşən Əlibəyli kəndində müəllimlər və sakinlərlə görüşüb, onların bayramlarını təbrik edib.

TİA.AZ xəbər verir ki, görüş zamanı Ramazanın bir yardımlaşma, paylaşma, dəstək ayı olduğunu vurğulayaraq onlara Allahdan bütün dualarına çatmalarını diləyib, qayğı və problemləri ilə maraqlanıb. Ramazan bayramı münasibətilə müəllimləri və bir sıra sakinləri öz hədiyyələri ilə təbrik edən millət vəkili ön cəbhədə yaşayan ziyalıların, insanlarımızın fədakarlıqlarından, vətən və torpaq sevgisindən danışıb. Dövlətimizin daim ön cəbhə kəndlərini xüsusi diqqətdə saxladığını və qayğı göstərdiyini deyən Q.Paşayeva burada yaşayan insanların Ermənistan tərəfindən ölkəmizə qarşı aparılan işğalçılıq siyasəti zamanı qəhrəmanlıqla düşmənə qarşı mübarizəsini hər yerdə yaşayan gənc nəsillərə daha yaxşı öyrədilməsinin vacibliyini vurğulayıb. Q.Paşayeva müəllimlərin, sakinlərin fikir və qayğılarını da dinləyib və fikir mübadiləsi aparılıb. Müəllimlər Əlibəyli məktəbinin yeni məktəb binasına böyük ehtiyacı olduğunu, millət vəkili Qənirə Paşayevanın bununla bağlı hökumətə və müvafiq orqanlara müraciətlərindən xəbərdar olduqlarını deyərək ona təşəkkürünü bildirməklə yanaşı bu məsələnin öz həllini tapması istiqamətində bundan sonra da bir millət vəkili olaraq dəstəyini əsirgəməməsini xahiş ediblər. Millət vəkili Q. Paşayeva problemin öz həllini tapması üçün Bakıya qayıtdıqdan sonra bununla bağlı təkrarən Təhsil naziri Mikayıl Cabbarova və hökumətə millət vəkili kimi xahiş və müraciət edəcəyini də vurğulayıb. Millət vəkili Qənirə Paşayeva kənddə bir sıra maddi imkanları zəif ailələrlə də görüşüb və onların da qarşıdan gələn bayramlarını təbrik edib.