Millət vəkili Qənirə Paşayeva tibb üzrə fəlsəfə doktoru Məlahət Qəhrəmanova və biologiya elmləri doktoru, professor Səyyarə İbadullayevanın həmmüəllifliyi ilə işıq üzü görmüş ” Bitkilərin sirli dünyası” adlı kitabının “Azərkitab”da təqdimatında iştirak edib və çıxış edərək dəyərli kitabın ərsəyə gəlməsində göstərdikləri zəhmətə görə müəlliflərə təşəkkür etdi. O, Azərbaycan təbiətinin bitkilərlə zəngin olduğunu xatırladıb. O vurğulayıb ki, hələ Universitet illərindən müalicəvi əhəmiyyətli bitkilərlə maraqlanıb. “Təbiətin bizə təmənnasız bəxş etdiyi bu dəyərli və faydalı bitkilərdən istifadə edək. Elə ölkələr var ki, onların dərman bitkilərindən əldə etdiyi gəlir çox yüksəkdir. Allah bu şəfalı bitkilərin zənginliyini xalqımıza bəxş edib. Artıq Azərbaycanda da bu məsələ gündəmdədir. Cənab Prezident İlham Əliyev artıq dərman preparatlarının idxalının azaldılması, dərman istehsalının ölkəmizdə də artırılmasına, yeni müəssisələrin açılmasına diqqət edir.”-deyə deputat çıxışında vurğulayıb. Bir daha ” Bitkilərin sirli dünyası” adlı kitabının həmmüəllifləri Məlahət Qəhrəmanovanı və Səyyarə İbadullayevanı təbrik edirik!