Qənirə Paşayeva AŞPA-da Moldovanın Baş naziri və Qazaxıstan heyəti ilə görüşüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

AŞPA-da çıxış edən Moldovanın Baş naziri Pavel Filiplə qısa görüş zamanı millət vəkili Q.Paşayevanın ölkələrimiz arasında genişlənən əməkdaşlıqla bağlı fikirlərini dəstəkləyən baş nazir iki dost ölkə olan Azərbaycanla Moldova arasında əməkdaşlığın daha da inkişaf edəcəyini bildirib. 

AŞPA-da çıxış edən Moldovanın Baş naziri Pavel Filiplə qısa görüş zamanı millət vəkili Q.Paşayevanın ölkələrimiz arasında genişlənən əməkdaşlıqla bağlı fikirlərini dəstəkləyən baş nazir iki dost ölkə olan Azərbaycanla Moldova arasında əməkdaşlığın daha da inkişaf edəcəyini bildirib.

Qazaxıstan nümayəndə heyəti ilə görüşdə millət vəkili Qənirə Paşayeva Azərbaycan Qazaxıstan ilə bütün istiqamətlərdə və sahələrdə, o cümlədən parlamentlərarası əməkdaşlığın getdikcə daha da artmasının sevindirici hadisə olaraq qiymətləndirib.
 

Ölkələrimizin rəhbərləri cənab İlham Əliyev və Nursultan Nazarbayev arasında olan yüksək dostluq münasibətlərinin və onların rəhbərliyi altında iki qardaş ölkə münasibətlərinin inkişafı istiqamətində görülən önəmli işlər və layihələrdən danışan millət vəkili Qənirə Paşayeva Azərbaycan parlamentinin də Qazaxıstanla əlaqələrin və dostluğun inkişafına böyük önəm verdiyini, parlamentlərarası əməkdaşlığın daha da genişləndiyini və bu istiqamətdə münasibətlərin getdikcə daha da artmasının məmnuniyyət yaratdığını deyib. Görüş zamanı millət vəkili Qənirə Paşayeva Azərbaycanla bağlı, xüsusilə də Azərbaycan həqiqətləri, 1 milyon azərbaycanlının, yüz minlərlə azərbaycanlı qadının Ermənistanın işğalı nəticəsində öz yurd-yuvalarından qaçqın və məcburi köçkün düşməsi və onların fundamental insan haqlarının bu gün də Ermənistan tərəfindən pozulmaqda davam etməsi, rəsmi İrəvanın yüz minlərlə azərbaycanlı qaçqın və məcburi köçkünün 20 ildən artıqdır ki, öz ev-eşiyinə dönməsinə imkan verməməsi barədə də ətraflı məlumatlar verib. Qazaxıstanın AŞPA-da müşahidəçilik statusunu almasında Azərbaycanın dəstəyini hər zaman xatırladıqlarını deyən Qazaxıstan nümayəndə heyətinin üzvləri iki qardaş ölkə olan Azərbaycan ilə Qazaxıstan arasında əlaqələrin bütün istiqamətlərdə, o cümlədən parlamentlərarası əməkdaşlığın yüksək səviyyədə olmasını və bu əməkdaşlığı bundan sonra da daha da artacağına inandıqlarını deyiblər.

İLAHƏ