Qənimət Zahidlə Qubad İbadoğlu arasında `söz dueli`

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İctimai Birliklərin Mədən sənayesində şəffaflığın artırılması Koalisiyasının əlaqələndiricisi, iqtisadçı Qubad İbadoğlu iki gün öncə “Yeni Müsavat” qəzetinə verdiyi müsahibə onunla Azadlıq qəzetinin baş redaktoru, hazırda Fransada yaşayan Qənimət Zahid arasında qalmaqala səbəb olub. İctimai Birliklərin Mədən sənayesində şəffaflığın artırılması Koalisiyasının əlaqələndiricisi, iqtisadçı Qubad İbadoğlu iki gün öncə “Yeni Müsavat” qəzetinə verdiyi müsahibə onunla Azadlıq qəzetinin baş redaktoru, hazırda Fransada yaşayan Qənimət Zahid arasında qalmaqala səbəb olub.

Qubad İbadoğlu müsahibəsində Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünün (MSŞT) beynəlxalq idarə heyətinin 35-ci iclasında Azərbaycanla bağlı qəbul etdiyi qərarı şərh edərkən bildirib ki, Prezident İlham Əliyevin son anda məsələyə müdaxiləsi – imzaladığı sərəncam əhəmiyyətli rol oynayıb. Müsahibədə deyilir ki, Prezident MSŞT-nin təkliflərini nəzərə alaraq bu koalisiyaya daxil olan təşkilatların qeydiyyat problemlərini həll edib, həmin təşkilatların qrant məsələlərinin sadələşdirilməsi üçün pir pəncərə sisteminin yaradılması üçün sərəncam verib. Bununla da Azərbaycanla həmin qurum arasındakı gərginliyə son qoyulub. Ölkəmizin quruma üzvlüyünün dayandırılması məsələsi aradan qalxıb. “Prezidentin son anda verdiyi sərəncam Azərbaycanı xilas etdi”,- deyə Qubad İbadoğlu vurğulayıb. 

Qənimət Zahid isə onun bu cümləsini kontekstdən çıxararaq, Qubad İbadoğlunu lağa qoyub. Qənimət Zahidin statusuna şərh yazanlar da iqtisadçının haqqında xoşəgəlməz fikirlər bildiriblər. Cavabında Qubad İbadoğlu Qənimət Zahidi qərəzli olmaqda, radikal mövqe tutmaqda, məsələni yersiz olaraq şişirtməkdə suçlayıb. 

Bundan sonra mübahisə tərəflərinin hər biri öz mövqelərini izah etmək üçün geniş bir status yazıblar. Qubad İbadoğlu əsaslandırıb ki, MSŞT-ya üzvlük Azərbaycan üçün niyə vacibdir və Prezidentin imzaladığı sənədin əhəmiyyəti məhz nədə idi. Sərəncamdan sonra qurumun İdarə Heyətinin qəbul etdiyi qərara toxunan İbadoğlu yazıb ki, “Bu gün də hesab edirəm, İdarə Heyətinin qərarı Azərbaycan dövlətinin və MSŞT çərçivəsində fəaliyyətə cəlb olunmuş yerli QHT-lərin əksəriyyətinin maraqlarına cavab verir. MSŞT Koalisiyası yeni islahedici tədbirlər planınını yeni imkanlar kimi qiymətləndirir, elədə də Ermənistanın MSŞT-nin “qapılarını döydüyü” ərəfədə Azərbaycanın kənarda qalmasını düzgün hesab etmir”.