backend

Qəndin içindən məftil, çörəkdən ip çıxdı – Video

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda keyfiyyətsiz ərzaq məhsullarının satışı davam edir. 

Bakıda keyfiyyətsiz ərzaq məhsullarının satışı davam edir.

TİA.AZ xəbər verir ki, növbəti belə bir hadisə paytaxtın Suraxanı rayonu, Əmircan qəsəbəsinə baş verib.

Qəsəbə sakini Şölə Fərəcovanın aldığı qəndin içindən paslı sim çıxıb. Şikayətçi Xəzər xəbər-ə açıqlamasında kiloqramla satıldığı üçün qəndin üzərində istehsalçı şirkət haqqında heç bir məlumat qeyd edilmədiyini deyib.

Buna bənzər başqa bir hadisə paytaxtın Xəzər rayonu, Binə qəsəbəsində baş verib. Böyükxanım Cəbrayılovanın aldığı çörəyin içərisindən ip çıxıb.

Şikayətçi dərhal çörəyi aldığı mağazaya üz tutub. Ancaq mağazadan çörəyin bişirildiyi ünvan qadına səhv deyilib.

Hüquqşünaslar hər iki faktda istehlakçı hüquqlarınn kobud şəkildə pozulduğunu bildirir. Çünkü istehlakçıların ani diqqətsizliyi böyük faciəyə səbəb ola bilər.

Belə hallarla qarşılaşanlar Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin 195-2 çağrı mərkəzinə və ya 012 498 15 01, 012 498 15 04 nömrələrinə müraciət edə bilərlər.