Donald Tramp prezidentlik dövrünün ABŞ tarixində “həqiqətən qızıl dövr” olacağını vəd edib.
Tribunainfo.az xəbər verir ki, o, həmçinin seçkilərdəki nəticəsini “ABŞ tarixində misli görünməmiş siyasi qələbə” adlandırıb.
“İndi biz yeni səviyyəyə çatacağıq, çünki ölkəmizin sağalmasına kömək edəcəyik. Ölkəmizin bu köməyə ehtiyacı var. Sərhəd məsələlərini yoluna qoyacağıq, mövcud iqtisadi vəziyyəti düzəldəcəyik. Biz yenidən tarix yazacağıq!”, – Tramp deyib.