Araşdırmaya görə səhərlər qəhvə içmək ürək sağlamlığını dəstəkləyir və eyni zamanda ölüm riskini də azaldır.
Tribunainfo.az “Sözcü” qəzetinə istinadən xəbər verir ki, səhər tezdən qəhvə içmək gün ərzində içməklə müqayisədə faydaları saysız-hesabsızdır.
ABŞ-ın Yeni Orlean şəhərindəki Tulane Universitetinin tədqiqatçılarının apardığı araşdırmanın nəticələri açıqlanıb.
Belə ki, alimlər qəhvə istehlakı ilə bağlı apardıqları araşdırmalarda, xüsusilə erkən saatlarda qəhvə qəbulunun əhəmiyyəti haqqında diqqətəlayiq bir hesabat yazıblar. Səhər qəhvə içmək, günün gec saatlarında içməkdən daha az ölüm nisbəti ilə əlaqəli olduğunu müəyyən ediblər.
Ceyran