Qəhvə və şokoladsız kitab oxumayan nəslin sosial şəbəkədəki bu özəlliklərinə elə sosial şəbəkələr özü səbəb olub. Son zamanlar sosial şəbəkənin meydana çıxması insanların psixologiyasına da mənfi təsir etməmiş deyil. Adamlar hər bir addımlarının fotosunu çəkib spaylaşırlar. Psixoloqlar bunu hardasa özündən razılıq əlaməti kimi də dəyərləndirirlər.
Beləliklə, Moderator.az yeni nəslin vərdişlərindən bəhs edən yazını təqdim edir.
1. Kitab oxuyarkən fotomuzu çəkib sosial şəbəkədə paylaşırıq. Bunun üçün də qəhvə və şokolad masamızın üstündə olmalıdır.

2. İdman edərkən foto və videomuzu çəkmək də bizim maraq dairəmizdədir. İdman ayaqqabılarımızı, qulaqcılqarımızı çəkib idmanla məşğul olduğumuzu bildiririk.

3. Hər hansı bir restorana gedərkən və ya evdə olarkən yediyimiz yeməyin fotosunu da çəkib paylaşmaq pis vərdişlərimizdən biridir. Fikirləşmirik ki, bunu yeməyə kimlərinsə maddi imkanı çatmır.

4. Mağazadan alış-veriş edərkən də fotolarımızı paylaşırıq. Bu həm harda olduğumuzu, həm də nə alacağımıza işarədir.

5. Son zamanların yeni bir icadı olan doğuş zamanı qadınların öz foto və videolarını çəkməsidir. Zaman keçdikcə aydın olur ki, heç kimin şəxsi həyatı başqaları üçün sirr deyil.
