Qəhvə içənlər daha çox addım atır, amma… – Araşdırmabackend

Qəhvə içənlər daha çox addım atır, amma… – Araşdırma

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Bir çox insan həmişə günə qəhvə ilə başlayır. Onun insanları ayıltdığı düşünülür. Lakin qəhvənin müsbət təsirləri ilə yanaşı, mənfi təsirləri də var.
 
Bakupost.az xəbər verir ki, qəhvənin sağlamlığa təsirini öyrənmək üçün ABŞ-da araşdırma aparılıb.
Araşdırma nəticəsində məlum olub ki, gündə bir fincan qəhvə içmək daha çox hərəkətə, lakin daha az yuxuya səbəb olur.
Tədqiqatçılar qəhvənin sağlamlığa təsirləri haqqında daha yaxşı fikir əldə etmək üçün Kaliforniyanın San-Fransisko bölgəsindən orta yaşları 39 olan 100 sağlam yetişkin insanı müşahidə edib.
İştirakçılar onların addımlarını və yuxularını izləyən cihazlar, qan şəkəri və ürək ritmlərinə nəzarət edən elektrokardioqramma cihazları ilə təchiz edilib.
Hər bir iştirakçıya iki gün ərzində istədikləri qədər qəhvə içmək, daha sonra isə bu dövrü iki həftə ərzində təkrarlamaq tövsiyə edilib.
İştirakçıların qəhvə içdikləri günlərdə içmədikləri günlərlə müqayisədə orta hesabla 1058 addım daha çox atdıqları müşahidə edilib. Amma eyni günlərdə iştirakçılar ən azı 36 dəqiqə az yatıblar.
Bunlara əlavə olaraq, qəhvə insanın ürək döyüntüsünü artıraraq yüksək risklərə məruz qoya bilər.