Qəhvə içmək bir çox adam üçün böyük bir zövq və imtina edilməz bir vərdişdir. Ancaq gümrah qalmaq və enerjimizi yüksək səviyyədə tutmaq üçün az qala hər gün içdiyimiz qəhvənin faydalarının yanında bir o qədər də ciddi zərərləri olduğunu unutmaq olmaz.
Tribunainfo.az xəbər verir ki, sağlam qidalanma üzrə mütəxəssislər bildirir ki, həddindən artıq qəhvə istehlakı ürəyin ritminə mənfi istiqamətdə təsir edir. Nizamsız ürək atışları və ürək vurmasına səbəb ola bilir. Bu səbəblə xüsusilə ürək xəstələrinin məhdud miqdarda qəhvə içmələri lazımdır.
Mədə:
Qəhvə, mədə xorasını sürətləndirir. Bu səbəblə mədə xəstələrinin gündə 2 fincandan çox qəhvə istehlak etməmələri lazımdır.
Şəkər xəstəliyi:
Yemək zamanı yüksələn qan şəkəriylə birlikdə istehlak edilən qəhvənin şəkər xəstəliyinə mənfi təsir etdiyi məlum olub. Mütəxəssislər şəkər xəstələrinin də qəhvəni məhdud istehlak etməsini təklif edir.
Su itkisi:
Qəhvə bədəndə su itkisinə səbəb olur. Həkimlər digər kafeinli içkilər kimi qəhvənin də bədəndə su itkisi yaratdığını dönə-dönə bildirir.