İlon Mask və Mark Zukerberqin döyüşü tviter və “Meta” platformasına daxil olan sosial şəbəkələrdə canlı yayımlanacaq.
Tribunainfo.az xəbər verir ki, bu barədə Mask sosial şəbəkə hesabında paylaşım edib.
“Döyüşü mənim fondum və Zukerberqin fondu (UFC deyil) təşkil edəcək. Yayım tviter platformasında və “Meta”da yayımlanacaq”- deyə Mask bildirib.
Qeyd edək ki, İlon Mask və Mark Zukerberq arasında döyüş avqustun 26-da keçirilə bilər.