Qədim Çin təbabəti – Qarğıdalı saçaqlarının inanılmaz faydalarıbackend

Qədim Çin təbabəti – Qarğıdalı saçaqlarının inanılmaz faydaları

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Qarğıdalı hər kəsin sevdiyi qidadır. Qoxusu və dadı ilə hər kəsin ağız dadına uyğundur. Xüsusilə yay aylarında qaynadılmış qarğıdalı konserv kimi salatlarda da istifadə edilə bilər.
Qarğıdalı əsrlər boyu Çin tibbində istifadə olunub. Çox vaxt qarğıdalı saçaqlarını ayıraraq zibil qutusuna atırıq. Lakin bu saçaqlar xəstəliklərlə mübarizədə çox güclü təsirə malikdir.
Bakupost.az qarğıdalı saçaqlarının sağlamlığa faydalarını təqdim edir.
Qarğıdalı saçaqlarını dəmləyib içmək çox xeyirdir. Bununla immuniteti gücləndirə, orqanizmi xəstəliklərdən qoruya bilərsiniz.
Eyni zamanda, həzm sisteminin nizamlı işləməsinə kömək edir. Bağırsaqları işlədən bu çay qəbizlik problemini də aradan qaldırır.
Qarğıdalı çayı, revmatizm və sümük xəstəliklərinə də yaxşı təsir göstərir. Rahatlaşdırıcı təsiri ilə bədəni stressdən azad edir. Sakitlik verir.
Qarğıdalı saçağında çoxlu C və K vitaminləri var. Zəngin kalium və antioksidant mənbəyidir.
Dəri və ürək xəstəliklərinin müalicəsində istifadə edilir. Sızanaq və qara nöqtələrin yaranmasının qarşısını alır. Belə nəticə əldə etmək üçün qarğıdaı saçağını qaynadıb suyunu soyuducuya qoyun. Vaxtaşırı dərinizi onunla masaj edin.
Həmçinin, saçın təbii nəmini qorumağa kömək edir və qırılmasının qarşısını alır. Saç tökülməsini dayandırır. Bunun üçün hazırladığınız çayı saçınıza çəkib bir müddət saxlayın.