QƏBUL İMTAHANLARININ FORMASI DƏYİŞMƏLİDİR… – EKSPERTbackend

QƏBUL İMTAHANLARININ FORMASI DƏYİŞMƏLİDİR… – EKSPERT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan abituriyenti qədər dünyanın heç bir ölkəsində əziyyət çəkən abituriyent yoxdur. Hesab edirəm ki, bütün dərsliklərin yenidən, şəffaf və düzgün hazırlanmasına ehtiyac var.
Bundan əlavə, qəbul imtahanlarının modeli, formatı dəyişməlidir. Fənlərin sayı minimallaşdırılmalıdır.Tribunainfo.az xəbər verir ki, bu barədə təhsil eksperti Elçin Əfəndiyev yazıb. O bildirib ki, dərsliklərin bəziləri bərbad haldadır. Xüsusilə də ümumi tarix, kimya kimi dərsliklər:

“Ümumi tarix dərsliyində verilən informasiyalar bir çox mövzularda xaotik səciyyə daşıyır. Tarix fənn müəllimləri haqlı etiraza başlayıblar. Çünki bir dərslikdə verilən informasiya digərində yoxdur. Abituriyent isə əlacsızlıqdan öyrənməlidir. Çünki qəbulda düşə bilər. II və III ixtisas qrupunda hazırlaşan abituriyentlər rəsmən istismar olunur. Təkcə tarix dərslikləri 12 addadır. Ümumilikdə 6-7 fənn üzrə hazırlıq keçirlər. Yazıq valideyn. Aylıq hazırlıq qiyməti minimal 250, maximum 1000 AZN.
II ixtisas qrupuna gəldikdə isə fikrimcə, buradan ümumi tarix fənnini çıxartmaq lazımdır. Beynəlxalq münasibətlər və regionşünaslıq ixtisasları artıq bu qrupda yer almır. Dövlət İmtahan Mərkəzi nəzərə almalıdır”.

Ekspert bildirib ki, müəllimlərin əziyyətinə, şagirdlərin və valideynlərin istismarına son verməyin zamanı çoxdan keçib.