Zərdab rayonunda ali məktəblərə qəbul imtahanından 650 bal toplayaraq hüquq fakültəsinə daxil olan tələbənin sevinci kədərə çevrilib.
Zərdab rayonunda ali məktəblərə qəbul imtahanından 650 bal toplayaraq hüquq fakültəsinə daxil olan tələbənin sevinci kədərə çevrilib.
TİA.AZ azNews.az-a istinadən xəbər verir ki, sözü gedən tələbə Bakı Dövlət Universitetinin hüquq fakültəsinə qəbul olub. Amma, ailəsi imkansız olduğundan tələbə təhsil ala bilməyəcək.
Belə ki, tələbənin qalmağa yeri, kirayə ev tutmağa imkanı və kitab-dəftər almağa pulu yoxdur. Yaxın vaxtlarda bu problem həllini tapmasa, tələbə qız kənddə qalacaq və universitetdə təhsilini davam etdirməkdən məhrum olacaq.