Qəbizliyi dərhal aradan qaldıran möcüzəvi qarışım

Qəbizliyi dərhal aradan qaldıran möcüzəvi qarışım

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sağlam təsirləri ilə tanınan zeytun yağının faydaları son vaxtlar tez-tez danışılmağa başlayıb. Ən sağlam yağlardan biri olan zeytun yağına limon əlavə olunduqda təsiri ikiqat artır. Tribunainfo.az Milliyet-ə istinadən xəbər verir ki,zeytun yağı və limon sağlamlığımız üçün faydalar təklif edən iki fərqli qidadır. C vitamini mənbəyi olan limon immuniteti gücləndirir və ürək sağlamlığını qoruyur. Zeytun yağı xərçəngə qarşı qoruyucu təsiri ilə tanınır.
Doymuş yağlar yerinə istifadə edildikdə ürək sağlamlığını dəstəkləyən zeytun yağı xolesterin səviyyəsini idarə etməyə kömək edir. Bu şəkildə ürək xəstəlikləri riskini minimuma endirir və damar sağlamlığının yaxşılaşdırılmasında mühüm rol oynayır.
Zeytun yağını lazım olduqda istehlak etmək bədəndəki iltihabı azalda bilər. Oleokantal adlanan birləşmə iltihab əleyhinə faydaları ilə tanınır. Xroniki xəstəliklərin riskini azaldır və iltihabı aradan qaldırır.
Həzm sistemini yaxşılaşdıracaq təsiri olan zeytun yağına limon əlavə etdikdə faydası ikiqat artar. Həzm fermentlərinin istehsalını artıraraq qəbizliyə son qoyacaq . Zeytun yağı və limon qarışığı qəbizliyin qarşısını almaq üçün təsirli təbii vasitədir.