Qəbələyə ailəsi ilə istirahətə gedən uşaq öldü

Qəbələyə ailəsi ilə istirahətə gedən uşaq öldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qəbələyə istirahətə gedən ailə faciə ilə üzləşib.

Hadisə rayonun Vəndam qəsəbəsində baş verib. Bakı şəhəri Qaradağ rayonu, Lökbatan qəsəbəsi sakini, 2021-ci il təvəllüdlü C.Qasımova (şərti) Qəbələ rayonu, Vəndam qəsəbəsində kirayə qalmaq məqsədilə valideynləri ilə gəldiyi evin həyətində olan hovuzda boğularaq ölüb.

Faktla bağlı Qəbələ Rayon Prokurorluğunda araşdırma aparılır.

Oxu.az