Müəllimlik etmək üçün Qəbələdən Xaçmaza köçən 32 yaşlı müəllim dünyasını dəyişib.
Tribunainfo.az xəbər verir ki, 32 yaşlı Mehriban Sərdar qızı Qafarlı Xaçmaz rayonunun Qırğalı kəndində yaşadığı evin hamam otağında ölü tapılıb. Qəbələ rayon sakini olan və Xaçmazda müəllimlik edən M.Qafarlının dəm qazından boğulduğu ehtimal edilir.
Faktla bağlı araşdırma aparılır.
M.Qafarlı 5 ilə yaxındır ki, Qıraqlı kənd tam orta məktəbində müəllim işləyirdi.
Gülşən Rəsul