Qəbələdə “Lexus” mağazaya ÇIRPILDI – Xəsarət alan var – VİDEO

Qəbələdə “Lexus” mağazaya ÇIRPILDI – Xəsarət alan var – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Qəbələdə avtomobil marketə çırpılıb.
Tribunainfo.az xəbər verir ki, bu barədə Oxu.Az-a açıqlama verən Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) polis zabiti Sadıx Axundov hadisə nəticəsində bir nəfər xəsarət aldığını bildirib.
“Avqustun 7-də, təxminən saat 19 radələrində Qaraməryəm-İsmayıllı-Şəki rayonun Qəbələdən keçən hissəsində, yolun 56-cı kilometrində sürücü 1938-ci il təvəllüdlü Qəbələ rayonu, Vəndam qəsəbə sakini Dədəbəy Hacıbaba oğlu Abdulalıyev idarə etdiyi 10-VC-303 dövlət nömrə nişanlı “Lexus” markalı avtomobillə İsmayıllı rayonu istiqamətində hərəkətdə olarkən sola dönmə manevri edən zaman idarəetməni itirib. Nəticədə avtomobil yolun kənarında olan mağazaya çırpılıb.
Hadisə nəticəsində mağazada olan müştəri 1965-ci il təvəllüdlü Qəbələ rayonu, Vəndam qəsəbə sakini Qorxmaz Mirhüseyn oğlu Ələsgərov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Qəbələ Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib”, – deyə o qeyd edib.
View this post on Instagram

A post shared by Oxu.Az (@oxuaz)