Qəbələdə Aytacı dəhşətli şəkildə qətlə yetirən qadın həbs edildibackend

Qəbələdə Aytacı dəhşətli şəkildə qətlə yetirən qadın həbs edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Qəbələ 23 yaşlı qadını qətlə yetirməkdə təqsirləndirilən Kemale Maksumbekovanın barəsində həbs qətimkan tədbiri seçilib.
Məhkəmənin qərarı ilə K.Maksumbekovanın barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, martın 5-də Aytac Əliyevanın meyitinin rayon ərazisində aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Aparılmış ilkin araşdırmalarla Qəbələ rayonu ərazisində Kemale Maksumbekovanın 2008-ci il təvəllüdlü azyaşlı oğlu ilə birlikdə şəxsi münasibətlər zəminində 1999-cu il təvəllüdlü Aytac Əliyevanın baş nahiyəsinə daşla xəsarət yetirdikdən sonra yapışqanla baş və boyun nahiyyəsini bağlaması nəticəsində sonuncunun boğularaq ölməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Qəbələ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Kemale Maksumbekova şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.