Qəbələdə ağır qəza – 1 ölü, 4 yaralı

Qəbələdə ağır qəza – 1 ölü, 4 yaralı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən gün saat 20 radələrində Qəbələ rayonunun Tövlə kəndində ağır yol qəzası baş verib.

Tribunainfo.az xəbər verir ki, “VAZ 2106” və “VAZ 2101” markalı avtomobillər toqquşub.

Nəticədə birinci avtomobildə olan sərnişin 1958-ci il təvəllüdlü Ehsan Kərimov aldığı xəsarətlərdən hadisə yerində ölüb, digər sərnişin – 1976-cı il təvəllüdlü Müslüm Soltanov və sürücü 56 yaşlı Emin Muşdaqov xəsarət alıb.

Həmçinin digər avtomobilin sürücüsü 30 yaşlı Aqasif Qəribli və 2002-ci il təvəllüdlü sərnişini Elnur Cəbrayılov yaralanıb.

DİN-in Mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib ki, faktla bağlı Qəbələ Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, araşdırmalar aparılır.