Bu gün Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin püşkü atılacaq.
Qol.az xəbər verir ki, tədbir İsveçrənin Nyon şəhərində keçiriləcək və Bakı vaxtı ilə saat 15:00-da başlayacaq. Bununla da “Neftçi”, “Qəbələ” və “Sabah”ın rəqibləri bəlli olacaq. “Neftçi” səpənlənmişlər, “Sabah” və “Qəbələ” isə səpələnməmişlər sırasında yer alıb.
KL-də yarışacaq 3 Azərbaycan klubu arasında daha yüksək reytinqə malik “Neftçi” “səpələnmişlər” səpətində yer alıb.
Püşkün nəticəsinə əsasən, “Neftçi” “Jelezniçar” (Bosniya və Herseqovina) – “Dinamo” (Minsk, Belarus) cütünün qalibi ilə qarşılaşacaq. “Omoniya” (Kipr) “Qəbələ” , “Makedoniya” (Şimali Makedoniya) – RFŞ (Latviya) cütünün qalibi isə “Sabah”ın rəqibi olub..
Qeyd edək ki, 2-ci təsnifat mərhələsinin ilk oyunları iyulun 27-də, cavab görüşləri isə avqustun 3-də keçiriləcək.