Futbol üzrə Azərbaycan Premyer Liqasının VII turunda keçirilən “Qəbələ” – “Qarabağ” oyununda insident yaşanıb.
Görüşün ilk hissəsinin sonlarında Ağdam təmsilçisinin müdafiəçisi Kevin Medina Bilal Auaşeriyaya zərbə vurduğu üçün oyunçular arasında dava düşüb.
Etirazçılar arasına qoşulan Qurban Qurbanov da vərəqə ilə cəzalandırılıb.