“Qəbələ Broyler Yetişdirmə” ilə bağlı nə qərar veriləcək?backend

“Qəbələ Broyler Yetişdirmə” ilə bağlı nə qərar veriləcək?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qəbələ Broyler Yetişdirmə” MMC ilə bağlı cərimə protokolu tərtib edilib.

Tribunainfo.az xəbər verir ki, MMC-nin İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsini pozduğu məlum olub. Tələbi pozulan maddəyə əsasən, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir.

“Qəbələ Broyler Yetişdirmə” şirkəti ilə bağlı iş baxılması üçün Suraxanı rayon məhkəməsinə göndərilib. 7 noyabr tarixində hakim Pərviz Muradovun sədrliyi ilə işə baxılacaq.

Qarşı tərəfi dinləməyə hazırıq.

Nigar