Rusiyanın “Qazprom” şirkəti Avropaya qaz nəqli üçün “Poseidon” və “TAP” kəmərlərindən istifadə imkanlarını araşdırır.
Rusiyanın “Qazprom” şirkəti Avropaya qaz nəqli üçün “Poseidon” və “TAP” kəmərlərindən istifadə imkanlarını araşdırır.
TİA.AZ “Reuters”ə istinadən xəbər verir ki, bunu “Qazprom” şirkətinin İdarə Heyəti sədrinin müavini Aleksandr Medvedev Vyanada keçirilən konfransda deyib.
Qeyd edək ki, “Poseidon” Yunanıstanla İtaliyanın qaz nəqli sistemlərini birləşdirən ITGI kəmərinin bir hissəsidir. O, İonik dənizinin dibi ilə keçir.
Uzunluğu təxminən 870 kilometr olan “Trans-Adriatik” boru kəməri layihəsi isə “Şahdəniz-2” yatağından çıxarılan qazın Yunanıstan və Albaniya vasitəsilə, Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya nəqlini nəzərdə tutur.