Rusiyanın “Qazprom” şirkətinin bu ilin üç rübünün yekunlarına əsasən zərəri 9,2 milyard rubldur.
Rusiyanın “Qazprom” şirkətinin bu ilin üç rübünün yekunlarına əsasən zərəri 9,2 milyard rubldur.
Axar.az xəbər verir ki, “İnterfaks” agentliyi “Qazprom”un belə pis göstəricini 1998-ci ildən göstərmədiyini bildirib. “İnterfaks” həmçinin keçən illə müqayisədə “Qazprom”un gəlirinin iki dəfə azaldığını bildirib.
Qeyd edək ki, neft qiymətlərinin azalması və Qərbin sanksiyaları Rusiya iqtisadiyyatına böyük zərər verib. Ən böyük itki neft və qaz sahəsində qeydə alınıb. Ölkənin ən böyük şirkətləri olan “Qazprom” və “Rosneft”in borcları xeyli artıb.