backend

Qazın qiymətinin artım səbəbi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Tariflərin differensiallaşdırılması SOCAR-ın zərərlə üzləşməsi ilə bağlıdır”. 

Tariflərin differensiallaşdırılması SOCAR-ın zərərlə üzləşməsi ilə bağlıdır”.

TİA.AZ xəbər verir ki, bunu Milli Məclisinin bu gün keçirilən plenar iclasında 2017-ci il üzrə büdcə zərfinin müzakirəsi zamanı iqtisadiyyat naziri Şahin Mustafayev deyib. Onun sözlərinə görə, SOCAR-a 1000 kubmetr qaz hasilatı 140 manata başa gəlir. Amma 1000 kubmetr qazı satış qiyməti orta hesabla 90 manat təşkil edir. Faktiki olaraq, SOCAR zərərlə işləyirdi:

“Buna görə, nəinki investisiya qoymaq, hasilatı müəyyən səviyyədə saxlamaq da mümkün olmurdu. Dövlət vəsaitləri hesabına vəsaitin ayrılması məsələsi gündəmə gəlmişdi. Qaz hasilatı üçün işlərin görülməsi, təmir işlərinin aparılması, nəqletmə xərclərinə görə tariflərin differensiallaşdırılması zərurəti yarandı”.

Nazir əlavə edib ki, əhalinin həssas qrupları nəzərə alınaraq tariflərin differensiallaşdırılması qərarı verildi: “Qaz istehlakına görə tariflər gələn ilin yanvarın 1-dən tətbiq olunacaq və əhali yay aylarında yeni tariflərlə ödəniş edəcək. Maliyyə naziri Samir Şərifovun da qeyd etdiyi kimi, əhalinin aztəminatlı hissəsinə ünvanlı sosial yardımın məbləğinin artırılması nəzərdə tutulur”.

Nazir bildirib ki, 2017-ci ildə gözlənilən 1%-lik iqtisadi artıma qeyri-neft sektoru hesabına nail olunması nəzədrə tutulur:

“Qeyri-neft 2,5% artacağı gözlənilir. Biznes mühitinin yaxşılaşdırılması, qeyri-neft sənayesi hesabına 6,9% artım gözlənilir. Gələn il Bakı Beynəlxalq dəniz Ticarət Limanı tam gücü ilə işə başlayacaq. Bakı Beynəlxalq Dəniz Ticarəti Limanı daxil olmaql azad ticarət zonası yaradılacaq. Həmçinin pambıqçılıq üçün 130 min hektar sahə ayrılacaq”.