backend

Qazilərə ev verildi – Foto

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən İsmayıllı rayonunda inşa etdirilmiş 3 ədəd fərdi yaşayış evi Qarabağ müharibəsi əlillərinin istifadəsinə verilib. 

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən İsmayıllı rayonunda inşa etdirilmiş 3 ədəd fərdi yaşayış evi Qarabağ müharibəsi əlillərinin istifadəsinə verilib.

Bu haqda TİA.AZa nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bununla bağlı keçirilən mərasimdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun direktor müavini Səfər Mehdiyev, İsmayıllı rayon İcra Hakimiyyətinin və yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Ümumilikdə keçən il və cari ilin ötən dövründə 310-dək yeni mənzil bu təbəqələrdən olan şəxslərə təqdim edilib. Hazırda Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün Bakıda və bölgələrdə yeni çoxmənzilli və fərdi yaşayış binalarının tikintisi, hazır yaşayış binalarından mənzillərin alınaraq təmir olunması işləri davam etdirilir.