QAZİ POLKOVNİK-LEYTENANT TƏBİB ŞEFİNİN QAPISINI AÇMADI, İŞDƏN GETDİ… – VİDEO

QAZİ POLKOVNİK-LEYTENANT TƏBİB ŞEFİNİN QAPISINI AÇMADI, İŞDƏN GETDİ… – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Yeni Klinika”nın yeni təyin olunan direktoru Barat Yusubov təhlükəsizlik xidməti şöbəsinin müdiri, Vətən müharibəsi qazisi polkovnik-leytenant Coşqun Məmmədova klinikaya gələn TƏBİB-in icraçı direktoru Vüqar Qurbanovun xidməti maşınının qapısını açmağı tapşırıb.


Tribunainfo.az xəbər verir ki, Coşqun Məmmədov 27 il orduda xidmət edib, Vətən müharibəsində Füzuli, Cəbrayıl, Xocavənd uğrunda döyüşüb, Xocavənddə yaralanıb. Qazi bildirib ki, “Barat həkim mənə Vüqar Qurbanovun maşınının qapısını açmaq göstərişi verdi. Daha sonra isə təkid etdi. Təbii ki, mən bunu qəbul edə bilməzdim. Çünki ehtiyatda olan zabit kimi qürurum, mənliyim buna yol verməzdi. Mənim vəzifəm klinikada kiməsə qapı açmaq deyildi”.
Bundan sonra, Coşqun Məmmədov Barat Yusubovun qəzəbinə tuş gəlib, bu iyrənc mənzərəni görəndən sonra da öz ərizəsi ilə işdən çıxıb.

Bütün bunlara qazimiz RTV-yə müsahibəsində aydınlıq gətirib: