“Ermənistanda böhran yaranarsa, hansı addımlar atılacaq? Hökumət bu mövzuda danışmaq istəmir”.
Tribunainfo.az xəbər verir ki, bu barədə Ermənistan parlamentində yerli müxalifəti təmsil edən deputat Kristina Vardanyan danışıb.
O deyib ki, Ermənistanın hazırkı hakimiyyəti Azərbaycan və Türkiyəyə güvənir: “İstisna etmirəm ki, böhran olanda deyəcəksiniz, yaxşı, qazı Azərbaycandan, buğdanı isə Türkiyədən alaq”.