Qazaxlar Tomris haqqında film çəkdilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Qazaxıstanda tarixin ən məşhur qadın hökmdarlarından olan, türk əsilli massaget-sak tayfa birləşmələrinin şahzadəsi, Azərbaycan tarixində özünəməxsus yeri olan Tomris haqqında film çəkilib.
Qeyd edək ki, Tomris e.ə. VI əsrdə Azərbaycan ərazisində -Arazın şimalından qurulan Massaget çarlığının qadın hökmdarı olub. Dövrünün ən güclü hökmdarlarından olan Əhəməni hökmdarı II Kiri öldürməsi ilə məşdurdur. Bundan əlavə, o, ölkəsini uzun illər başqa yağı basqınlarından da qoruyub.
Moderator.az xəbər verir ki, filmin qazaxıstanlı rejissoru Akan Satayev ölkəsindəki mətbuat orqanına  tarixi janrda çəkilən “Tomris” filminin ilk kadrlarının artıq  çəkildiyini bildirib:
“Bu gün biz böyük tarixi film olan “Tomris” filmimizin ilk kadrlarını çəkdik və bu gün mən dünənə nisbətən, sanki bir daha böyüdüm”.
“Qazaxfilm” kinostudiyasının verdiyi məlumata görə film eramızdan əvvəl Vl əsrdə baş verən tarixi hadisələrdən,  massagetlərin  başçıları Tomris olmaqla fars şahı II Kiri geri çəkilməyə məcbur edib, böyük ərazini almasından bəhs edir.