Ermənistanın Kirants kəndinin sakinləri azərbaycanlı jurnalistlərin kadrlarını çəkiblər.
Demokrat.az xəbər verir ki, bununla bağlı görüntülər Telegram kanallarında yer alıb.
Videodan aydın görünür ki, azərbaycanlı jurnalistlər ərazidən reportaj hazırlayıblar. Həmin vaxt isə sakinlərin telefonlarının yaddaşına həkk olunublar.
Xatırladaq ki, Kirants kəndi Qazaxla sərhəddə yerləşir. Delimitasiya və demarkasiya proseslerindən sonra kəndin içərisindən keçən körpü və 2 ev Azərbaycanın nəzarətinə keçib.
Ermənistan hökuməti kənddə əlavə yol çəkib, sərhəddə isə divar çəkib və dəmir məftillər quraşdırıb.