Qazaxıstanda şaxtada partlayış zamanı 16 nəfər həlak oldu

Qazaxıstanda şaxtada partlayış zamanı 16 nəfər həlak oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qazaxıstanın Karaqanda vilayətində baş vermiş mədən qəzası nəticəsində ölənlərin sayı 16 nəfərə çatıb.

Tribunainfo.az xəbər verir ki, bu barədə “ArcelorMittal Temirtau” şirkəti məlumat verib. Xəsarət alanların sayı dəqiqləşdirilir.

İlkin ehtimala görə qəzaya metan qazının partlaması səbəb olub.
“ArcelorMittal Temirtau” şirkətini bildirir ki, qəza zamanı şaxtada 252 nəfər olub, onlardan 205-i çölə çıxarılıb. Hadisə yerində xilasedicilər işləyir.