Qazaxıstan 2017-ci ilin yanvar-avqust aylarında 4,3%-lik iqtisadi artıma nail olub.
Qazaxıstan 2017-ci ilin yanvar-avqust aylarında 4,3%-lik iqtisadi artıma nail olub. Vestifinance.ru yazır ki, bu barədə iqtisadiyyat nazirinin müavini Ruslan Dalenov məlumat verib.
“İyulda iqtisadi artım bir az yavaşladıqdan sonra avqustda yenidən sürətlənib və illik 4,3% təşkil edib. Ən çox artım – 8,5% – sənayedə qeydə alınıb. Buna səbəb dağ-mədən hasilatı sənayesinin 11,3%, sənaye emalının isə 6,1% artması olub”. Qeyd edək ki, iqtisadi artım göstəricisi son 6 ilin ən yüksək səviyyəsinə çatıb.
Qazaxıstan İqtisadiyyat Nazirliyi 2017-ci ilin yekununda ÜDM-in 3,4% artacağını proqnozlaşdırır.