Qazaxıstanda fövqəladə vəziyyət ləğv edildi

Qazaxıstanda fövqəladə vəziyyət ləğv edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən gün əlverişsiz hava şəraiti ilə əlaqədar olaraq Qazaxıstanın Astana vilayətində elan edilən fövqəladə vəziyyət ləğv edilib.

Trend-in məlumatına görə, Astana merinin mətbuat katibi Elvira Jurqenbayeva bu barədə brifinqdə bildirib.

Mətbuat katibinin sözlərinə görə, əlverişsiz hava şəraiti ilə əlaqədar olaraq fövqəladə vəziyyət yalnız 1 günlük elan edilmişdi.

Qeyd edək ki, ötən gün Astanada güclü külək və qar həyatı iflic etmişdi – aeroportda reyslər təxirə salınmış, məktəblərdə dərslər dayandırılmışdı.