Qazaxıstanın Karaqanda rayonunda, Şaxan qəsəbəsində yerləşən binanın uçması nəticəsində 9 nəfər ölüb. Qazaxıstanın Karaqanda rayonunda, Şaxan qəsəbəsində yerləşən binanın uçması nəticəsində 9 nəfər ölüb.
TİA.AZ xəbər verir ki, bu barədə Ria Novostiyə açıqlamasında Qazaxıstan Daxili İşlər Nazirliyinin rəsmisi Ruslan İmankulov bildirib. O qeyd edib ki, ölənlərdən 3 nəfəri qadın, 3 nəfəri kişi, 3-ü isə uşaqdır
“İki nəfər isə xəstəxanaya çatdırılıb.Hazırda davam edən xilasetmə əməliyyatına 280 nəfər cəlb edilib”.
İnsidentin səbəbləri araşdırılır.