QAZAXISTAN RUSİYAYA HƏRBİ SİLAH ÖTÜRÜR?

QAZAXISTAN RUSİYAYA HƏRBİ SİLAH ÖTÜRÜR?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qazaxıstan Müdafiə Nazirliyi hərbi texnikanın Rusiyaya ötürülməsi ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatı təkzib edib.

Tribunainfo.az xəbər verir ki, idarənin mətbuat xidməti bildirib ki, Qazaxıstan hərbi texnikasının Rusiya Federasiyasına çatdırılması ilə bağlı deyilənlər həqiqətə uyğun deyil.

“Bu hərbi texnikanın Qazaxıstan Respublikası ilə heç bir əlaqəsi yoxdur, üçüncü ölkənin mülkiyyətidir və beynəlxalq müqavilələr çərçivəsində planlı təmir üçün Qazaxıstan ərazisindən keçməklə Rusiyaya göndərilib”, – Müdafiə Nazirliyindən bildiriblər.

Nazirlik xatırladıb ki, 2022-ci il avqustun 27-dən Qazaxıstanda silah və hərbi texnikanın ixracına qadağa qoyulub və hələ də qüvvədədir.