Bakı-Qroznı marşrutu üzrə hərəkət edən təyyarə Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb.
Bu barədə Qazaxıstanın Nəqliyyat Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Aktau şəhəri yaxınlığında qəzaya uğrayan təyyarə Azərbaycan Hava Yollarına məxsusdur.
“Hadisənin hansı şəraitdə baş verdiyinə aydınlıq gətiriləcək. Xüsusi araşdırma aparılacaq”, – nazirlikdən bildirilib.