Qazaxıstan Baş Prokurorluğu Aktau şəhəri yaxınlığında “Azerbaijan Airlines” (AZAL) aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının səbəblərinin araşdırılmasını davam etdirir, istintaqa ən təcrübəli əməkdaşlar cəlb olunub.
Tribunainfo.az Qazaxıstan KİV-ə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə baş prokurorun müavini Qalımjan Koygeldiyev məlumat verib.