Qazaxda yeniyetmə özünü asdı- Hadisə ilə bağlı ŞOK TƏFƏRRÜATbackend

Qazaxda yeniyetmə özünü asdı- Hadisə ilə bağlı ŞOK TƏFƏRRÜAT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qazax rayonunda intihar hadisəsi baş verib.

Rayonun Qaymaqlı kənd sakini, 16 yaşlı Şəhrəddin Şirin oğlu Əliyev özünü yaşadığı evdə asaraq həyatına son qoyub. Onun meyitini yaxınları aşkar ediblər. Bildirilib ki, Ş.Əliyev bu il 11-ci sinfə keçibmiş.
Faktla bağlı Qazax Rayon Prokurorluğunda araşdırma aparılır.

Musavat.com intihar hadisəsi ilə bağlı Qaymaqlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliklə əlaqə saxlayıb.

Nümayəndə Fikrət Əfəndiyev deyib ki, yeniyetmə 9-cu sinifdə məktəbdən ayrılıbmış. Ailədə bir bacı, bir qardaş olublar.

“Valideynləri fərdi təsərüfatçıdırlar. Sakit, normal ailədirlər. Şəhrəddin valideyn himayəsində idi. Mənə deyilən məlumata görə, sakit uşaq imiş. Dəcəlliyi yox idi. Müəllimləri də razılıq edirdi. Kiminləsə davası da olmamışdı. Səhər erkəndən anası çölə çıxanda görüb ki, həyətdə özünü asıb. Hər kəs şok içindədir. Hamı təəssüflənir”.