Qazaxda milyonluq anlaşma: İcra başçısı ilə “Azərtranss”ın nə əlaqəsi var?

Qazaxda milyonluq anlaşma: İcra başçısı ilə “Azərtranss”ın nə əlaqəsi var?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qazax İcra Hakimiyyəti yeni tenderinin nəticələrini açıqlayıb.

Tribunainfo.az xəbər verir ki, müsabiqəyə əsasən Qazax şəhərinin yolları əsaslı təmir olunacaq.

Məlumatda qeyd edilir ki, tenderin qalibi “AZƏRTRANSS” MMC olub. Şirkət Qazax rayonunda sözügedən işləri görmək üçün İcra Hakimiyyətindən 674 min 949 manat ödəniş alacaq.

Tribunainfo.az bildirir ki, Qazax İcra Hakimiyyəti ilə “AZƏRTRANSS” MMC arasında bu əməkdaşlıq ilk deyil. Bundan əvvəl də tərəflər yol çəkilməsi və təmir işlərində birrgə addım atıblar. Məsələn, 28.12.2024-cü il tarixdə elan olunmuş nəticələrə əsasən İcra Hakimiyyəti təmir işlərinin satın alınması üzrə “AZƏRTRANSS” MMC ilə 511 min 913 manatlıq müqavilə bağlayıb.

Buna qədər isə şirkət Qazax rayonundakı əsas tenderlərin də qalibi olub.

Bəs, “AZƏRTRANSS” MMC kimə məxsusdur? Məlumat üçün bildirək ki, nizamnamə kapitalı 20 manat olan “Azərtranss” MMC 17.02.2010-cu il tarixində dövlət qeydiyyatına alınıb. Şirkətin qanuni təmsilçisi Qasımov Adil Məmməd oğludur. Şirkətin hüquqi ünvanı Qazax şəhəri, Heydər Əliyev, ev 58/5-də yerləşir.

Açıq mənbələrdəki məlumatlarda güman olunur ki, sözügedən şirkətin Qazaxın icra başçısı Rəcəb Babaşovla ortaqlığı var. Bölgədəki əsas tenderlərin qalib olması da bununla izah edilir.

Qarşı tərəfi də dinləməyə hazırıq.

Fərda Uğur