Qazaxda meşəlik ərazidə yanğın başlayıb.
Tribunainfo.az xəbər verir ki, rayonun Xanlıqlar kəndi ərazisində böyük sahəni əhatə edən ərazidə yanğın qeydə alınıb.
Sakinlərin sözlərinə görə, yanğın Cəfərli kəndi ərazisində başlayıb, sonradan Xanlıqlar kəndinə keçib.
Hazırda əraziyə iki helikopter cəlb olunub. Alovun söndürülməsi istiqamətində işlər davam etdirilir.