Qazaxda icra başçısı 2-ci qrup əlili “həsir-yesir” edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şikayətçi xanımın məktubdan bəlli olur ki, Sarabəyim Hacıyevanın həyat yoldaşı 1994-cü ildə şəhid olub, özü isə 33 il müəllimə işləyib və hal-hazırda da 2-ci qrup əlildir
 Dünən Qazax rayon sakini Sarabəyim Hacıyeva tərəfindən yazılmış şikayət məktubu “Gündəm Xəbər”ə daxil oldu
Şikayətçi xanımın məktubdan bəlli olur ki, Sarabəyim Hacıyevanın həyat yoldaşı 1994-cü ildə şəhid olub, özü isə 33 il müəllimə işləyib və hal-hazırda da 2-ci qrup əlildir. O, məktubunda qeyd edir ki, “Qazax RİH-nin başçısı Rəcəb Babaşovun birbaşa sifarişi ilə mənə qarşı dələduzluq maddəsi ilə cinayət işi başladılıb və qonşularımın imzası ilə, düzülüb-qoşularaq əleyhimə şikayət məktubu da hazırlanıb. Ötən illərdə rayonun əvvəlki göz xəstəxanasından bir otaqlı mənzil almışdım. Bu gün mənə qarşı dələduzluq maddəsi ilə cinayət işi açılmasını sifariş edən Rəcəb Babaşov, sabiq icra başçılarının vaxtında həmin binadan satılan evlərə “makler”lik edən bir neçə şəxsi irəli çəkdi. Mən Rəcəb Babaşovun qorxusundan düz səkkiz aydır ki, Bakıda gizli həyat yaşamağa məcbur olmuşam. Baş Prokuror Zakir Qaralovun Gədəbəy rayonunda qəbulunda oldum, dərdimi danışdım, ancaq yenə də faydası olmadı. Mən deyərdim ki, vəziyyət daha da betər oldu. Az sonra Rəcəb Babaşov mənə “ksiva” göndərərək bir daha problem yaşamayacağımı dedi. Elə ki, mən gözümdən əməliyyat olunmaq üçün Türkiyəyə getmək istədim və əməliyyat pulunu da əvvəlcədən ödədim. O zaman hava limanında olarkən qarşıma “STOP” qoyulduğunu bildirdilər ki, üzərində cinayət işi var, odur ki, sən ölkədən çıxa bilməzsən. Beləliklə, 2-ci qrup əlil və şəhid ailəsinin üzvü olaraq, evimin əlimdən alınması qalsın bir yana, əməliyyat üçün ödədiyim pullar da batdı. Nəzərə alsaq ki, Türkiyədə belə bir əməliyyatın həyata keçirilməsi üçün ən azından 15 min dollar lazım gəlir. Belə olan halda Rəcəb Babaşovun və onun kadrlarının mənə vurduqları maddi ziyanla bağlı keçirdiyim mənəvi sarsıntının həcmini təsəvvür etmək, yəqin ki, o qədər də çətin olmaz”.