QAZAX RİH BAŞÇISININ MÜAVİNİNDƏN MƏHKƏMƏ QƏRARINA MÜDAXİLƏ…backend

QAZAX RİH BAŞÇISININ MÜAVİNİNDƏN MƏHKƏMƏ QƏRARINA MÜDAXİLƏ…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qazax Rayon İcra Hakimiyyətinin müavini Gülayə Həsənova məhkəmənin verdiyi qərara müdaxilə edərək azyaşlı uşaqların anaya verilməsinə problem yaradır. İcra başçısının müavini məhkəmə qərarını heç sayaraq uşaqların travma almasına səbəb olur.

Tribunainfo.az xəbər verir ki, bu barədə “Təmiz Dünya” Qadınlara Yardım İctiami Birliyinin sədri Mehriban Zeynalova məlumat yayıb. O bildirib ki, birliyə Qazax rayonu Çaylı kəndinin sakini müraciət edib. Müraciətdə bildirir ki, iki il öncə məhkəmə qarəarına baxmayaraq əri tərəfindən uşaqlar qaçırlıb və o vaxtdan ana uşaqlarının üzünə həsrətdi:

“Məsələ ondadır ki, iki məhkəmə qərarına görə uşaqların anada qalması qərara alınıb. Hazırda Gəncə apelyasiya məhkəməsinə müraciət edən xanımın proeblemi əslində məhkəmənin ədalətsizliyindən deyil. 25 may 2023 cü il tarixdə keçiriləcək məhkəmə prosesinə Qazax Rayon İcra Hakimiyyətinin müavini Gulayə Həsənovanın məhkəməyə qeyri qanuni müdaxiləsi ilə bağlıdır. Onun dediklərinə görə Gulayə Həsənova keçmiş əri ilə qonşuluq münasibətindədir. Bu münasibətə görə, uşaqların anaya verilməsinin qarşısını əngəlləməyə çalışır. Hətta xanımın dediyinə görə bunu açıq şəkildə bəyan edir.
Biz, yaxşı qonşuluq münasibətlərinin qorunmasını alqışlayırıq. Amma uşaqların həyatı ilə bağlı qəraralarda bu sahə üzrə cavadeh şəxslərin öz vəzifəsindən sui-istifadəsini kəskin pisləyirik. O cümlədən hesab edirik ki, iki il anaya göstərilməyən uşaqlar məhkəmədə təbii ki, düşdükləri təsirə uyğun olaraq fikir söyləyəcəklər. Belə münaqişəli hallarda uşaqların alətə çevrilməsinin qarşısını almaq üçün, uşaqların hər iki valiydeyndən uzaqlaşdıırlması və neqativ təsirlərə məruz qoymamaq üçün məhkəmə qərarına qədər sığınacaqlara yerləşdirilməsini labüd hesab edirik.
Mühüm məsələlərdən biri İH nəzdində uşaqlarla bağlı qərar qəbul edən vəzifəli şəxslərin uşaqların belə travma yaşamasının qarşısını almaq üçün cəhdlərinin artırılması, hətta ailə boşandıqda belə hər iki valdeynlə psixoloji tədbrilərin görülməsi üçün görüşlərin təşkilində yaxşı nümunə göstərə biləcəklərini vacib hesab edirik.

Biz 25 may 2023 cü il tarixdə Gəncə apelyasiya məhkəməsində hakim Loğman Süleymanovun sədrliyi ilə keçiriləcək məhkəməyə
Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin, Aynur Sabitova xanımın və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nəzarət etməsini xahiş edirik”.

M.Zeynalova bildirib ki, uçaqları əlindən alınan ana şiddətə də məruz qalıb:

“Qazax rayon Çaylı kənd sakini Nuranə Namazova 07.03 2022 ci il tarixli epiqrizə görə kəllə beyin travması ilə 21 gün xəstəxanada yatıb. Xəsarət əri tərəfindən məhkəmə həyətində baş verib və fiziki zorakılıq nəticəsində alınıb. Yeri gəlmişkən, bununla bağlı da əri məsuliyyətə cəlb edilməyib”.