Qazaryandan “qaz”lı iddialar: ölkənin 60 faizi…

Qazaryandan “qaz”lı iddialar: ölkənin 60 faizi…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın sabiq səfiri Edqar Qazaryan yenə cəfəngiyyat danışmağa başlayıb. Tribunainfo.az xəbər verir ki, o, davamlı olaraq Azərbaycanı ittiham edən biridir və yenə də bu davranışına davam edir.
O, son açıqlamasında deyib ki, Ermənistan Azərbaycanla mübarizədə yeni informasiya fondu yaradıb. “Lakin bundan daha ciddi məsələlər var. Ermənistanı təhlükələr gözləyir”.
Qazaryanın iddiasına görə, Azərbaycan Xarici İşlər Nazirliyi dekabr ayından yeni hadisələrin gözlənildiyini açıqlaması səbəbsiz deyil. “Lakin Bakı tərəfi bunların diplomatik təmaslarla bağlı olduğunu açıqlamayıb. Yəni, dekabrdan etibarən bizi ciddi hadisələr, hətta hərbi təhdidlər gözləyir”.
Keçmiş səfir onu da deyib ki, Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsinin bir çox ərazilərinin Azərbaycana məxsus olmasını dəfələrlə təsdiqləyib. “X sosial şəbəkəsində Paşinyan Azərbaycan konstitusiyası ilə bağlı 15-dən çox qeyd edib. Onlardan birində qeyd olunur ki, Vayots Dzor və Sünik marzelərinin hamısı, Ararat, Armavir, Qeqarkunik, Tavuş, Lori və Şirak marzlarının ayrı-ayrı hissələri, ümumilikdə, təxminən 60%-i Azərbaycana məxsusdur. Bu, həmin torpaqların Azərbaycana adi olmasını təsdiqləməkdir”.