Qaz olmayacaq

Qaz olmayacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Göyçay rayonundakı qaz xətlərində aşkar olunmuş qazsızmalarının ləğvi, yeni kranların və tənzimləyici şkafların quraşdırılması, həmçinin paytaxtın Binəqədi rayonu, Ə.Naxçıvani küçəsində qaz xəttinin yerinin dəyişdirilməsi ilə əlaqədar 24.10.2025-ci il tarixdə saat 10:00-dan etibarən qaz təchizatının dayandırılması planlaşdırılır.

Bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Bildirilib ki, təmir işləri aparılan müddətdə Göyçay şəhərinin və rayonun 27 kəndinin, həmçinin paytaxtın Binəqədi rayonu, Ə.Naxçıvani, S.Bəhlul küçələrinin və Atatürk prospektinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.